...

2011-ci ildə Azərbaycanda taxıl istehsalı həcminin artacağı gözlənilir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2010 15:54 (UTC +04:00)
Gələn il Azərbaycanda 2,5 milyon tona yaxın taxıl istehsal oluna bilər ki, bu da cari ilin göstəricisini üstələyəcək.
2011-ci ildə Azərbaycanda taxıl istehsalı həcminin artacağı gözlənilir - nazir

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir E.İsmayılov/

Gələn il Azərbaycanda 2,5 milyon tona yaxın taxıl istehsal oluna bilər ki, bu da cari ilin göstəricisini üstələyəcək. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

"Buna baxmayaraq, son illər istehsal həcmləri artacaq. 2009-cu ildəki istehsal həcmi buna əyani sübutdur ki, o zaman üç milyon ton taxıl istehsal olunmuşdu", - Abasov deyib.

2010-cu il dekabrın 1-dən taxıl idxalına ƏDV-nin ləğvi ilə bağlı sualı cavablandıran nazir bildirib ki, bu addım çörəyin qiymətinin süni şəkildə bahalaşdırılmasının qarşısını almaq məqsədilə atılıb.

"Gələcəkdə ƏDV-nin ləğvi taxıl idxal edən ölkələrdə qiymət artımının Azərbaycanda çörəyin qiymətinin artmasına təsir etməməsinə şərait yaradacaq", - nazir deyib.

Onun sözlərinə görə, taxıl idxalına tələbat gələn il də saxlanacaq, ona görə ki, öz məhsulunu əldə edənədək ölkədə ehtiyatların formalaşması vacibdir.

Azərbaycanda taxıla tələbat üç milyon ton təşkil edir, lakin əkin sahələrinin bir hissəsi 2010-cu ilin yazında respublikanın Aran (mərkəzi) hussəsində baş vermiş təbii fəlakət nəticəsində su altında qaldı, ona görə də ölkədə taxıl istehsalının həcmi rekord həcmdə məhsul əldə olunduğu ötən illə müqayisədə azaldı. Dekabrın 1-nə olan vəziyyətə görə, ölkədə 1864,2 min ton taxıl istehsal olunub.

Xəbər lenti

Xəbər lenti