...

"Azərbaycan Hava Yolları" 2011-ci ilin birinci rübünün sonunadək altı təyyarə alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2010 13:05 (UTC +04:00)
Bu gün saat 15:00-da "Azərbaycan Hava Yolları" QSC Airbus-320 markalı iki təyyarə alacaq. Bu barədə Trend-ə cümə günü QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib.
"Azərbaycan Hava Yolları" 2011-ci ilin birinci rübünün sonunadək altı təyyarə alacaq

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir E.İsmayılov/

Bu gün saat 15:00-da "Azərbaycan Hava Yolları" QSC Airbus-320 markalı iki təyyarə alacaq. Bu barədə Trend-ə cümə günü QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib.

Səfərlinin sözlərinə görə, QSC Airbus markalı altı təyyarə almalıdır. Onlardan dördü Airbus-320, ikisi isə Airbus-319-dur.

"İki Airbus-320 təyyarəsi bu gün, ikisi isə gələn ilin yanvarında alınacaq. İki Airbus-319 gələn ilin birinci rübünün sonunadək gətiriləcək", - Səfərli bildirib.

Onun sözlərinə görə, təyyarələr aparıcı Avropa şirkətlərinin kreditləri əsasında alınır. Təyyarələrin hamısı 2007-ci ildə istehsal olunub.

Xəbər lenti

Xəbər lenti