...

Azərbaycanda keyfiyyətsiz süd məhsulları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2010 19:54 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti insan orqanizmi üçün təhlükəli süd məhsulları aşkar edib.
Azərbaycanda keyfiyyətsiz süd məhsulları aşkar edilib

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti insan orqanizmi üçün təhlükəli süd məhsulları aşkar edib. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Dövlət Xidməti tərəfindən Bakının Binəqədi rayonunda yerləşən "M&P" firmasından götürülmüş nümunələrin laborator müayinəsi zamanı müəssisədə istehsal edilmiş yağlılığı 20% olan xamanın, yağlılığı 3,2% olan qatığın və camış qatığının tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus qrupundan olan bakteriyalar (stafilakokk) aşkar olunub.

Eyni zamanda, etiketində yağlılığının 20% olduğu göstərilmiş xamanın tərkibində yağın kütlə payının normadan az olduğu müəyyənləşdirilib. Araşdırmalar davam edir.

Aşkar edilmiş pozuntularla əlaqədar 273 kq süd məhsullarının məhv edilməsi barədə "M&P" firmasına göstəriş verilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara "M&P" firmasına məxsus istehsalat sahələrində istehsal edilmiş süd məhsullarını almamağı tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti