...

"Azərbaycan hava yolları" Avropa xidmət standartı ilə təltif olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2011 13:12 (UTC +04:00)
Avropa İqtisadi Ticarət, Kommersiya və Sənaye Palatası (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) "Azərbaycan hava yolları" QSC-ni Avropa xidmət standartı ilə təltif edib. Bu barədə Palatadan verilən məlumatda deyilir.
"Azərbaycan hava yolları" Avropa xidmət standartı ilə təltif olunub

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Avropa İqtisadi Ticarət, Kommersiya və Sənaye Palatası (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) "Azərbaycan hava yolları" QSC-ni Avropa xidmət standartı ilə təltif edib. Bu barədə Palatadan verilən məlumatda deyilir.

QSC-yə xidmət standartı 2011-ci ilin yanvarında EEIG-in direktorlar şurasının yekdil qərarı ilə verilib.

Azərbaycanın ən böyük aviaşirkəti "Azərbaycan Hava Yolları" QSC Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının üzvüdür. Aviaşirkətin baza aeroportu - Heydər Əliyev adına Bakı beynəlxalq hava limanı - Bakıdan 20 kilometr şimal şərqdə yerləşir. QSC Avropa, MDB, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımaları həyata keçirir. 2014-cü ildə böyük uçuş uzaqlığına malik yeni Boeing markalı təyyarələr alındıqdan sonra Şimali Amerika və Cənubi Asiya ölkələrinə daimi marşrutların açılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti