...

2010-cu ildə Azərbaycanda sosial sığorta olunan şəxslərin sayı təxminən 10 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2011 19:12 (UTC +04:00)
2010-cu il ərzində Azərbaycanda fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların sayı 9,79 faiz artıb.
2010-cu ildə Azərbaycanda sosial sığorta olunan şəxslərin sayı təxminən 10 faiz artıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir Ü.İsmayılova/

2010-cu il ərzində Azərbaycanda fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların sayı 9,79 faiz artıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bazar ertəsi yaydığı məlumatda deyilir.

"2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq davam etdirilən tədbirlər nəticəsində 2010-cu il ərzində DSMF tərəfindən əlavə olaraq 160 523 sığorta olunana fərdi şəxsi hesab açılıb", - məlumatda deyilir.

Beləliklə, 2011-ci il yanvarın 1-nə fərdi uçot sistemi üzrə sığorta olunanların sayı 1 800 452 təşkil edib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların 55,4 faizi kişi, 44,6 faizi isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığındakı sığorta olunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığorta olunanların 25,7 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olanların 21,6 faizini 30 yaşa kimi sığorta olunanlar, 22,5 faizini 30-40 yaş aralığında olan sığorta olunanlar, 21 faizini 50-60 yaş aralığında olan sığorta olunanlar, 9,2 faizini isə 60 yaşdan yuxarı olan sığorta olunanlar təşkil edir.

Azərbaycan Prezidentinin "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanunun tətbiqinə dair fərmanı 2001-ci ilin dekabrında imzalanıb.

Fərdi uçot - ölkə qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığorta olunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.

Xəbər lenti

Xəbər lenti