...

Azərbaycanda 650 kq-dan çox keyfiyyətsiz süd məhsulları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2011 18:17 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər zamanı istehlak bazarında keyfiyyətsiz qatıq istehsalçısını ("Amal" firması) aşkar edib.
Azərbaycanda 650 kq-dan çox keyfiyyətsiz süd məhsulları məhv edilib

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər zamanı istehlak bazarında keyfiyyətsiz qatıq istehsalçısını ("Amal" firması) aşkar edib. Bu barədə bazar ertəsi nazirlikdən məlumat verilib.

Məlumatda deyildiyi kimi, Bakının Xətai rayonunda yerləşən "Amal" firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı yağlılığı 3,2% olan qatıqların üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, dovğa və pəhriz kəsmiyinin etiketində istehsal və son istifadə tarixlərinin göstərilmədiyi, həmçinin, həmin məhsulların müvafiq reseptura olmadan istehsal edildiyi müəyyən edilib.

Reseptura olmadan istehsal edilmiş ümumi çəkisi 655 kq olan qatıq, dovğa və pəhriz kəsmiyi Dövlət Xidməti əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti