...

Avstriya şirkəti Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasını layihələşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2011 20:33 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabinetinin sərəncamı ilə Mərkəzi Bankın (AMB) yeni inzibati bina kompleksinin inşa edilməsi məqsədilə Heydər Əliyev prospektində müvafiq torpaq sahəsi ayrılıb.
Avstriya şirkəti Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasını layihələşdirir

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Azərbaycan Nazirlər Kabinetinin sərəncamı ilə Mərkəzi Bankın (AMB) yeni inzibati bina kompleksinin inşa edilməsi məqsədilə Heydər Əliyev prospektində müvafiq torpaq sahəsi ayrılıb. Bu barədə çərşənbə günü bankın məlumatında deyilir.

Azərbaycan Mərkəzi Bankının hazırkı inzibati binası 1998-ci ildə tikilərək istifadəyə verilib. O dövr üçün müasir dizayn və infrastruktura uyğun bina 200 nəfər əməkdaş üçün nəzərdə tutulub.

Ölkə iqtisadiyyatının miqyasının böyüməsi, ölkənin qlobal iqtisadiyyata inteqrasiyasının daha da dərinləşməsi ilə Mərkəzi Bankın da fəalyyət dairəsi genişlənib, yeni idarəetmə və funksional infrastruktur vahidlərinin yaradılması və inkişafı zərurətə çevrilib. Ötən dövr ərzində Mərkəzi Bankın əməkdaşlarının sayı artaraq 500 nəfəri ötüb və bu rəqəmin gələcəkdə daha da artması gözlənilir. Məhz bu səbəblərdən də Mərkəzi Bankın yeni binasının inşa edilməsi zərurəti yaranıb.

Bu məqsədlə AMB-nin yeni inzibati binasının inşası üçün bir sıra tanınmış şirkətlər müasir texnologiyaları özündə əks etdirən konsepsiyalar təqdim edib, məşhur Avropa memarlıq şirkətlərinin həyata keçirdiyi layihələr öyrənilib.

Mərkəzi Bankın yeni inzibati binasının layihələşdirilməsini həyata keçirmək üçün Avropa Mərkəzi Bankının yeni inzibati binası layihəsini gerçəkləşdirən COOPHIMMELB (l)AU Avstriya şirkəti seçilib.

Hazırda yeni inzibati bina layihələşmə mərhələsindədir, yekun qərar qəbul edilməyib.

Xəbər lenti

Xəbər lenti