...

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi səhmdarların hüquqlarının müdafiəsini maksimum təmin etmək niyyətindədir - QKDK sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Yanvar 2011 15:05 (UTC +04:00)
2010-cu il ərzində Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə səhmdar cəmiyyətlər tərəfindən investorların hüquqlarının pozulması ilə bağlı orta hesabla 300 şikayət daxil olub.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi səhmdarların hüquqlarının müdafiəsini maksimum təmin etmək niyyətindədir - QKDK sədri

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir E.İsmayılov/

2010-cu il ərzində Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə səhmdar cəmiyyətlər tərəfindən investorların hüquqlarının pozulması ilə bağlı orta hesabla 300 şikayət daxil olub. Bu barədə cümə axşamı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı deyib.

"Daxil olan müraciətlərlə əlaqədar araşdırmalar aparılıb və İnzibati Xətalar Məcəlləsi və Mülki Məcəlləyə uyğun olaraq, səhmdarların hüquqlarını pozan səhmdar cəmiyyətlərə qarşı maliyyə sanksiyaları tətbiq edilib, xəbərdarlıqlar olunub və təsirli tədbirlər görülüb", - Dövlət Komitəsinin rəhbəri bildirib.

Aslanlının sözlərinə görə, QKDK-nın əsas vəzifəsi inzibati və ya qeyri-inzibati tədbirlərin görülməsində yox, səhmdarların hüquqlarının təmin olunmasındadır.

"Müraciətlərin əksəriyyəti səhmdarlara SC-nin fəaliyyəti üzrə məlumat və hesabatların verilməməsi ilə bağlı olub və keçən il ərzində biz səhmdarların bu tələblərinin yerinə yetirilməsini təmin etmişik", - Aslanlı bildirib.

Müraciətlərin ikinci qrupu dividendlərin müvafiq qaydada verilməməsi ilə bağlı olub.

1995-ci ildən etibarən ölkədə özəlləşdirmə başlayandan Azərbaycanda 1700 səhmdar cəmiyyəti yaradılıb. Onların orta hesabla 100 min səhmdarı var. SC-lər arasında majoritar səhmdarların sayı bir mindir, qalanları isə öz səhmlərini özəlləşdirmə prosesində özəlləşdirmə vauçerlərinə konvertasiya etmək vasitəsilə alan minoritar səhmdarlardır.

Xəbər lenti

Xəbər lenti