...

Kipr Beynəlxalq Universiteti dünyanın təhsil müəssisələri arasında mühüm yer tutur

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2011 10:34 (UTC +04:00)
Kipr Beynəlxalq Universiteti yarandığı gündən etibarən yüksək səviyyədə təhsil verir, sosial-mədəni tədbirlər təşkil edir. Bu barədə universitetin Azərbaycandakı nümayəndəsi Ruslan Quliyev deyib.
Kipr Beynəlxalq Universiteti dünyanın təhsil müəssisələri arasında mühüm yer tutur

Kipr Beynəlxalq Universiteti yarandığı gündən etibarən yüksək səviyyədə təhsil verir, sosial-mədəni tədbirlər təşkil edir. Bu barədə universitetin Azərbaycandakı nümayəndəsi Ruslan Quliyev deyib. 

Peşəkar müəllim heyəti, müasir laboratoriya və texnoloji avadanlıqlarla təmin olunan Kipr Beynəlxalq Universiteti dünya universitetləri arasında mühüm yer tutur.

Heç şübhəsiz ki, tədrisin ingilis dilində olması diqqət çəkən məqamlardan biridir.

Müasir üslubda yaradılmış tələbə düşərgəsi ərazisində tələbələrin yaşaması, qidalanması, istirahət etməsi, asudə vaxtlarını səmərəli şəkildə dəyərləndirmələri üçün hər cür şərait yaradılıb.

2010-cu ilin may ayında istifadəyə verilən Kipr Beynəlxalq Universitetinin İdman Kompleksi Şimali Kiprin ən böyük və ən müasir idman kompleksidir.

Kipr Beynəlxalq Universiteti barədə daha ətraflı məlumatı universitetin veb-səhifəsindən (www.ciu.edu.az) və ya "Millennium Turizm" şirkətinə müraciət edərək (Nigar Rəfibəyli, 12/14) ala bilərsiniz. Tel: +99412 598 48 18, +99450 312 39 82.

Xəbər lenti

Xəbər lenti