...

Azərbaycanda balıq ovu müəssisəsi özəlləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2011 12:23 (UTC +04:00)
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi "Səyyar Dəniz Balıq Ovu" ASC-nin səhmlərinin 99,79 faizini invetsiya müsabiqəsinə çıxarıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Komitəsinin şənbə günü yaydığı məlumatda deyilir.
Azərbaycanda balıq ovu müəssisəsi özəlləşdirilir

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi "Səyyar Dəniz Balıq Ovu" ASC-nin səhmlərinin 99,79 faizini invetsiya müsabiqəsinə çıxarıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Komitəsinin şənbə günü yaydığı məlumatda deyilir.

Bu paket investisiya müsabiqəsinə çıxarılan standart paketdən (85 faiz) və əmək kollektivi arasında güzəştli yazışmadan qalan səhmlərdən (14,79 faiz) formalaşıb.

Müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.

İddiaçılar niyyətlərinin ciddiliyini təsdiq etmək üçün azı 30 min manat və ya valyuta ekvivalenti məbləğində bank zəmanətini təqdim etməlidirlər. Bundan başqa, dövlət büdcəsinə 95 min manatın köçürülməsi üzrə təkliflər təqdim edilməlidir.

İddiaçılar balıq ovunun təşkili, məhsulun emalı və satışı, mövcud tikililərin təmiri, yeni iş yerlərinin yaradılması və işçilərin sosial təminatı üzrə təklif edilən investisiya proqramını təqdim etməlidirlər.

Müsabiqə iştirakçıları özəlləşdirmə planı ilə 2 mart 2011-ci il saat 10:00-dan 17:00-dək Bakı ş., Y.Səfərov küç., 20 ünvanında tanış ola və əlavə məlumat əldə edə bilərlər. Ərizə və təkliflər 2 mart 2011-ci il saat 10.00-dan 17.00-dək qəbul edilir. Təkliflər 4 mart 2011-ci il saat 11:00-da qiymətləndiriləcək. Ətraflı məlumatı Dövlət Komitəsinin 490 24 08 (daxili 242)  nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

Müəssisə Bakıda Zığ şossesi, 37-də yerləşir. Balıq ovunun təşkili, emalı və satışı ilə məşğul olur.

ASC-nin nizamnamə kapitalı 92,718 min manat təşkil edir. Bu məbləğə hər birinin nominal dəyəri 2 manat olan 46359 səhm buraxılıb. Müsabiqənin mövzusu ümumi nominal dəyəri 92,526 min manat olan 46263 səhmdir.

Müəssisənin öhdəlikləri 13,285 min manat, o cümlədən 2,079 min manat əməkhaqqı, 564 manat malların ödənişi, işlər və xidmətlər üzrə borc təşkil edir. Müəssisənin debitor borcları 6,084 min manat təşkil edir.

"Səyyar Dəniz Balıq Ovu" 1966-cı ildən fəaliyyət göstərir. Müəssisənin ştatı 12 nəfərdir.

Yanvarın 29-na rəsmi məzənnə 0,7969 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti