...

V Xəzər neft-qaz ticarət-nəqliyyat konfransının iştirakçılarının qeydiyyatı başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2011 20:06 (UTC +04:00)
2011-ci il aprelin 18-dən 19-dək Bakıda keçiriləcək V Xəzər neftqaz ticarət-nəqliyyat konfransının iştirakçılarının qeydiyyatı başlayıb.
V Xəzər neft-qaz ticarət-nəqliyyat konfransının iştirakçılarının qeydiyyatı başlayıb

Azərbaycan, Bakı, 2 fevral/Trend/

2011-ci il aprelin 18-dən 19-dək Bakıda keçiriləcək V Xəzər neftqaz ticarət-nəqliyyat konfransının iştirakçılarının qeydiyyatı başlayıb.

Azərbaycan Dövlət Neft Akademiyası ilə birgə təşkil olunan "Confidence Energy" konfrans iqtisadi vəziyyətin əsas inkişaf xüsusiyyətlərinin və Xəzər dənizi regionunda geosiyasi proseslərin inkişaf tendensiyalarının kompleks öyrənilməsinə yönəlib. Konfransın işində xüsusi diqqət nəqliyyat infrastrukturunun gələcək inkişafına, Xəzər və tərəfdaş ölkələrin qarşılıqlı əlaqəsinə, Xəzər qazının ixracına, enerjidaşıyıcısıları ilə ticarət məsələlərinə, loqistik problemlərə və onların həllərinə, reallaşdırılan və gələcək neft-qaz layihələrin təhlilinə və regionun energetika sektorunun digər əsas aspektlərinə yetiriləcək.

Xəzər neft-qaz ticarət-nəqliyyat konfransı - illik əsasda neft-qaz sahəsinin rəhbər və mütəxəssislərini yığan, beynəlxalq əməkdaşlığın inkişafına və möhkəmləndirilməsinə imkan yaradan, eləcə də digər iri enerji istehlakçı öləkələrinin strateji maraqlarının kəsişdiyi regionda əhəmiyyətli informasiya mənbəyi olan enerjinin unikal vahid meydançasıdır.

2011-ci il fevralın 25-dək erkən qeydiyyatın 5 faizlik endirimi qüvvədədir.

Təfərrüatlar: http://www.caspianoiltrading.com/ saytında

Əlaqə: Yekaterina Poluyanova

Tel: +44 (0) 208 349 19 99, faks + 44 (0) 208 349 29 99

[email protected]

Xəbər lenti

Xəbər lenti