...

Azərbaycan Maliyyə Nazirliyi sığorta halları üzrə ödənişlərdən qanunsuz imtina faktlarını aradan qaldırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2011 12:49 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti 2010-cu il ərzində sığorta şirkətlərinin əsassız olaraq ödəməkdən imtina etdikləri 200 min manata yaxın məbləğdə ödənişi təmin edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı dövlət xidmətinin yaydığı məlumatda deyilir.
Azərbaycan Maliyyə Nazirliyi sığorta halları üzrə ödənişlərdən qanunsuz imtina faktlarını aradan qaldırır

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti 2010-cu il ərzində sığorta şirkətlərinin əsassız olaraq ödəməkdən imtina etdikləri 200 min manata yaxın məbləğdə ödənişi təmin edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı dövlət xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, ödənişlər sığorta şirkətlərinin əsassız olaraq ödənişləri həyata keçirməkdən imtina etdikləri sığorta hallarının nəticəsində ziyan çəkənlərin Maliyyə Nazirliyinə etdikləri şikayət əsasında təmin olunub.

Azərbaycanda 27 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir. Şirkətlərin sığorta haqları 2010-cu ildə 53,83 milyon manat ödənişlə 155,59 milyon manat təşkil edib.

Fevralın 3-nə olan rəsmi məzənnə 0,7961 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti