...

Azərbaycan bankı "RoyalBank" təmin olunmamış istiqrazlar buraxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2011 13:27 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "RoyalBank"ın 10 milyon dollar məbləğində təmin olunmamış, adsız sənədsiz istiqrazlarının qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Komitəsinin şənbə günü yaydığı məlumatda deyir.
Azərbaycan bankı "RoyalBank" təmin olunmamış istiqrazlar buraxıb

Azərbaycan, Bakı, s fevral / Trend, müxbir N.İsmayılova /

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "RoyalBank"ın 10 milyon dollar məbləğində təmin olunmamış, adsız sənədsiz istiqrazlarının qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Komitəsinin şənbə günü yaydığı məlumatda deyir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 dollar olan 10 min istiqraz buraxılıb. Emissiya açıq yerləşdirmə vasitəsilə reallaşdırılacaq.

"RoyalBank" Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır, Bakıda və ölkənin regionlarında 32 filiala malikdir. "RoyalBank" 1993-cü il avqustun ikisində "OZ Bank" birgə kommersiya bankı kimi təsis olunub.

Fevralın 5-də rəsmi məzənnə 0,7961 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti