Azərbaycan, Bakı, 11 fevral / Trend, müxbir E.İsmayılov /
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkə hökumətinə təqdim etmək üçün korrupsiya ilə mübarizə sahəsində təklif hazırlayıb. Trend-in məlumatına görə, bunu cümə günü komitənin sədri Ramiz Həsənov Yeni Azərbaycan Partiyasının mənzil qərargahında keçirilən mətbuat konfransında deyib.
"Dövlət Komitəsində 300-dən artıq təlimatçı çalışır, təbii ki, onların hamısına nəzarət etmək mümkün deyil", - Həsənov deyib.
Onun sözlərinə görə, ötən il ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən təxminən 10 nəfər işdən çıxarılıb.
Təkliflər sırasında Dövlət Komitəsinin struktur bölməsi olan sertifikatlaşdırma üzrə təşkilatın təsərrüfat hesabına keçirilməsi də qeyd olunub.