...

Azərbaycanda 750 kq keyfiyyətsiz toyuq əti məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2011 20:25 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan monitorinqlər zamanı Qaraçuxur qəsəbəsində yerləşən və Ruslan Şərifova məxsus istehsalat sahəsində istehsal olunmuş "Servelat" kolbasalarının üzərində saxlama müddətinin göstərilmədiyi aşkar edilib.
Azərbaycanda 750 kq keyfiyyətsiz toyuq əti məhv edilib

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan monitorinqlər zamanı Qaraçuxur qəsəbəsində yerləşən və Ruslan Şərifova məxsus istehsalat sahəsində istehsal olunmuş "Servelat" kolbasalarının üzərində saxlama müddətinin göstərilmədiyi aşkar edilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı "Servelat" kolbasalarının gigiyenik və uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə müəssisənin anbarında saxlama müddəti ötmüş 750 kq toyuq ətinin olduğu aşkar edilib. Nəticədə gigiyenik və uyğunluq sertifikatı olmadan istehsal edilmiş 60 kq kolbasa və saxlama müddəti ötmüş 750 kq toyuq əti qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Aşkar edilmiş pozuntular nəticəsində məhsulun istehsalının dayandırılması və müəssisə tərəfindən istehsal edilərək ticarət şəbəkəsinə paylanmış həmin kolbasaların geri yığılması barədə icrası məcburi göstəriş verilib.

Faktla bağlı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Xəbər lenti

Xəbər lenti