...

SKAL İnternational nədir?

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2011 17:41 (UTC +04:00)
SKAL dünya turizm liderlərinin qlobal turizm və yoldaşlığı yaymaya çalışdığı peşəkar təşkilatdır. Bu təşkilat tərkibində beynəlxalq səyahət və turizm sənayesindəki bütün sektorları əhatə etməsi baxımdan dünyada təkdir. Turizmin yüksək səviyyəli rəhbərləri yerli, milli və beynəlxalq platformalarda görüşür, turizmin gündəliyində olan bəlli mövzuları müzakirə edirlər.
SKAL İnternational nədir?

SKAL dünya turizm liderlərinin qlobal turizm və yoldaşlığı yaymaya çalışdığı peşəkar təşkilatdır. Bu təşkilat tərkibində beynəlxalq səyahət və turizm sənayesindəki bütün sektorları əhatə etməsi baxımdan dünyada təkdir. Turizmin yüksək səviyyəli rəhbərləri yerli, milli və beynəlxalq platformalarda görüşür, turizmin gündəliyində olan bəlli mövzuları müzakirə edirlər. 1934 ildə beynalxalq assosassiya kimi yaradılmiş "Skal İnternational"ın nəhayət ki, 04 sentyabr 2009-ci ildə 678 saylı klub nömrəsi ilə Skal İnternational Baku təşkilatı bu qurumun İspanya dövlətinin Malaqa şəhərində yerləşən baş ofisi tərəfindən tamhüquqlu üzvü elan edildi. Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə 08 oktyabr 2009-ci il tarixdə Bakı şəhərində Hilside mehmanxanasında Skal İnternational Baku-nun tətənəlı şəkildə açılış mərasimi, Quliyev Ruslan Gəray oğlunun bu Kluba sədr seşilməsi ilə əlaqədar inaqurasiya mərasimi, klub üzvlərinə üzvlük kartları, sertifikat, bayraq və döş nişanları təqdimatı həyata keçirildi. Tədbirdə Skal İnternational"-ın prezidenti xanım Hulya Aslantaş, Türkiyə Aşçılar Federasion Başqanı cənab Yalçın Manav, Mədəniyyət və Turizm Nazirliyinin məsul şəxsləri, AZTA-nın prezidenti cənab Nahid Bağırov, Azərbaycan Turizm İnstitutunun rektoru cənab Cəfər Cəfərov, o cümlədən xarici qonaqlar, media nümayəndələri və Klubun üzvu olan Azərbaycanın aparıcı turizm şirkətləri, mehmanxana, aviaşirkətlərin nümayədələri fəal şəkildə iştirak etdilər. Skal İnternational böyük turizm və səyahət üzrə peşəkarların təşkilatıdır və bütün turizm və səyahət sektorlarını əhatə edir. Skal öz tərkibində 90 ölkə, 500 klub və 22 min üzvü əhatə edir. Turizm peşəkarlarının beynalxalq şəbəkəsi olan " Skal İnternational" turizmdə keyfiyyətin yüksəldilməsini qarşıya məqsəd qoyur və turizmin digər formalarını (idman, mədəni, konqress, ekoturizm, davamlı inkişaf və digər) dəstəkləyir. Skal İnternational Baku-nun yaradılması Azərbaycanın turizm potensialının dünyaya bir daha sərgilənməsinə, bu təşkilata üzv olan ölkələrin turizm peşəkarlarının Azərbaycan turizmçiləri ilə əməkdaşlıq zəminində işlərin qurulmasına, Azərbaycanın yeni bir turizm məkanı kimi tanınmasına öz töhfəsini verəcək bir təşkilat kimi qiymətləndirilir. SKAL siyasi cəmiyyət deyildir. Qətiyyən dil, din, irq, cins və siyasi baxımdan ayrı seçkilik etmir. Bu cəmiyyət digər beynəlxalq qurumlarla işbirliyi əməkdaşlığı edərək (misal üçün, WTO:World Tourism Organisation-Dünya Turizm Təşkilatı) uyğunlaşma içində birlikdə inkişafı təşviq edir. SKAL'a qoşulmaq üçün ilk öncə SKAL üzvlük formu əldə etmək lazımdır. Üzvlük formunu sizlər ən yaxın SKAL Klubundan və ya SKAL İnternational Baş Mərkəzindən əldə edə bilərsiniz. SKAL'a üzv olmanın faydaları nələrdir? - Bütün Skal klublarında yaradılan Florimond Volekaert fondundan lazım maliyyə dəstək ala bilmə imkanı - SKAL kartı göstərilərək anlaşmalı yerlərdən endirim ala bilmə imkanı - Dünyadakı bütün SKAL üzvləri ilə internet kanalı vasitəsilə əlaqə yaratmaq imkanı - İldə 4 dəfə yayımlanan "Skal News" jurnalı sizə dünyadakı 23.000 turizm peşəkarları haqqında xəbərlər verməklə yanaşı sizə də özünüzü tanıtmağa imkan yaradır. Skal Baku ilə Skal Antalya twin klublar olub, qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərirlər. Məhz bunun nəticəsidir ki, Skal xətti ilə bu il 15 nəfər tələbə Türkiyənin Antalya şəhərinə təhsillərini daha da inkişaf etdirmək üçün praktika məqsədi ilə göndəriliblər. Bu ilin sonunadək Skal Baku olaraq növbəti addım kimi Roma, İstanbul, Paris, Los Angeles və Lefkoşa klubları ilə də twin klub əməkdaşlıq fəaliyyətini gerçəkləşdirməyi nəzərdə tutmuşuq. 2011-ci ildə Dünya Skal'ın prezidenti və köməkçilərinin, ilin sonuna yaxı isə Skal Türkiyə komitəsinin rəhbər heyətinin Bakıya səfəri planlaşdırılır. SKAL İnternational Baku'ya üzv olmaq və ya haqqında ətraflı məlumat almaq üçün aşağıda qeyd olunan adres və nömrələrlə əlaqə saxlaya bilərsiniz: web: www.skal.az , e-mail: [email protected] Tel:+99412 598 48 18, Mob:+99450 312 39 82

Xəbər lenti

Xəbər lenti