Azərbaycan, Bakı, 22 fevral / Trend/
Novruz Bayramı ərəfəsində Azərbaycanın bank olmayan kredit təşkilatı "TBC Kredit" girovsuz "Təcili Pul" kreditinə "-2%" aksiyası elan edib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Məlumata görə, kreditə müraciət edən hər kəs hədiyyə alır - faiz dərəcəsində 2% endirim. İndi kredit üzrə minimal illik faiz dərəcəsi 20% təşkil edir. Aksiya bu ilin 14 fevral tarixindən 31 mart tarixinə qədər etibarlıdır.
"Təcili Pul" girovsuz kreditdir və istənilən məqsəd üçün istifadə oluna bilər. Bu kredit üzrə maksimal məbləğ 10 000 manat, maksimal müddət isə 24 ay təşkil edir. Adıçəkilən məhsula əhali arasında böyük tələbat var. Belə ki kredit minimal sayda sənəd təqdimatı əsasında 2 gün ərzində verilir.
Əlavə məlumat üçün "TBC Kredit"in xidmət mərkəzlərinə 598-07-91/598-22-12 nömrələri ilə zəng edə, və ya www.tbc.az saytından məlumat ala, onlayn müraciət forması doldura və kredit kalkulyatorunun köməyilə aylıq ödənişlərinizi hesablaya bilərsiniz.
"TBC Kredit" bank olmayan kredit təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabrından şirkətin 75 faizi Gürcüstanın aparıcı bankı "TBC Bank"a və 25 faizi "ShoreBank International Ltd."-yə məxsusdur.