...

Azərbaycanda ipoteka istiqrazlarının üçüncü emissiyasının növbəti hissəsi yerləşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2011 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Fevralın 28-dən etibarən Bakı Fond Birjasında (BFB) ölkənin Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat məbləğində faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Trend-in məlumatına görə, bu barədə birjanın cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumata əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə keçiriləcək.

İstiqrazlar 100,3500 qiymətlə satışa çıxarılacaq.

İstiqrazların ödənmə tarixi 11 dekabr 2017-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.

Yerləşdirmə hər birinin nominal dəyəri 1000 manat olan 60 milyon manatlıq həcmdə qeyd edilən faizli, sənədsiz, təmin edilmiş istiqrazların üçüncü emissiyasından keçirilir. İstiqrazlar üzrə gəlir 3 faiz təşkil edir. Bu emissiyanın yerləşdirilməsi yanvarın 17-dən başlayıb.

Fevralın 24-nə olan rəsmi məzənnə 0,7943 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti