...

Azərbaycan bankları kartlarının ümumi sayından 47 faizə yaxını "Azericard"ın payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2011 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir N.İsmayılova/

2010-cu ilin yekunları üzrə "Azericard" prossesinq mərkəzinin xidmət göstərdiyi plastik kartların sayı iki milyona yaxın təşkil edib. Bu, Azərbaycan banklarının ötən il buraxdığı kartların ümumi sayının 47 faizinə yaxındır. Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu göstərici 2010-cu ilin yekunları üzrə 4,23 milyon ədəd təşkil edib.

"Azericard"ın xidmət göstərdiyi plastik kartların dövriyyəsi 5 398,13 milyon manat təşkil edib.

VISA beynəlxalq ödəniş sistemi 150 445 kart, MasterCard isə 56 528 kart buraxıb. Pensiya kartlarının sayı 72 629 ədəd (kartların itməsi və ya xarab olması hallarında kartların təkrar buraxılışı da daxil olmaqla) təşkil edeir.

Bu gün "AzeriCard" Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 30 banka xidmət göstərir ki, onlardan 28-i beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Azərbaycanda cəmi 44 bank fəaliyyət göstərir.

Fevralın 28-də rəsmi məzənnə 0,7941 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti