...

Azərbaycanda zəmanətli pul bazarında 2 milyon manatlıq növbəti sövdələşmə qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2011 20:13 (UTC +04:00)
Bakı Banklarası Valyuta Birjasında (BBVB) banklararası kredit bazarının təşkil etdiyi "Zəmanətli pul bazarı seqmenti"ndə 58 gün borc müddəti ilə sövdələşmə qeydə alınıb.
Azərbaycanda zəmanətli pul bazarında 2 milyon manatlıq növbəti sövdələşmə qeydə alınıb

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir N.İsmayılova/

Bakı Banklarası Valyuta Birjasında (BBVB) banklararası kredit bazarının təşkil etdiyi "Zəmanətli pul bazarı seqmenti"ndə 58 gün borc müddəti ilə sövdələşmə qeydə alınıb. Bu barədə birjanın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Məlumata əsasən, sövdələşmənin həcmi illik 6 faizlə 2 milyon manat təşkil edib.

Zəmanətli pul bazarı banklararası kredit bazarının seqmentidir. Orada əməliyyatlar üzrə öhdəliklərin yerinə yetirilməsinə Mərkəzi Bank tərəfindən zəmanət verilir. Bankların ticarət limitləri Mərkəzi Bank tərəfindən müəyyən edilir və bütün iştirakçılar arasında razılaşdırılır.

Ticarət limitlərinin dəyişdirilməsi haqqında qərara da Mərkəzi Bank baxır. Saziş iştirakçı bankların hər birindən ayda bir dəfə bir milyon manatdan çox olmamaqla kredit vəsaitlərini cəlb edə bilər. Kreditin verilməsinə maksimum müddət 90 gündən çox deyil. Faiz dərəcələrinin məbləğini banklar müstəqil surətdə müəyyənləşdirirlər.

Hazırda zəmanətli pul bazarının iştirakçılarının sayı 10 bank təşkil edir.

Martın 1-nə olan rəsmi məzənnə 0,7939 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti