...

Azərbaycanda ticarət limanının inşası sürətli və təhlükəsiz yük axınını təmin etməyə imkan verəcək - Nəqliyyat Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2011 19:12 (UTC +04:00)
2015-ci ilə qədər Ələt qəsəbəsindəki yeni beynəlxalq ticarət limanı 20 milyon tona qədər yük qəbul edə biləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Nəqliyyat Nazirliyinin baş məsləhətçisi Azər Əliyev deyib.
Azərbaycanda ticarət limanının inşası sürətli və təhlükəsiz yük axınını təmin etməyə imkan verəcək - Nəqliyyat Nazirliyi

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir H.Vəliyev/

2015-ci ilə qədər Ələt qəsəbəsindəki yeni beynəlxalq ticarət limanı 20 milyon tona qədər yük qəbul edə biləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Nəqliyyat Nazirliyinin baş məsləhətçisi Azər Əliyev deyib.

Onun sözlərinə görə, tranzit yükdaşımaların artımını nəzərə alaraq, yeni müasir beynəlxalq limanın tikintisi üzrə işlər aparılır. Bu, ölkəyə şimal, şərq və cənubdan, eləcə də Avropa istiqamətində və əks istiqamətdə sürətli və təhlükəsiz yük axınını təmin etməyə imkan verəcək.

Yeni beynəlxalq limanın inşası 2010-cu ilin noyabr ayında başlayıb. Liman Bakıdan 65 kilometr cənubda, Ələt qəsəbəsində yerləşir.

Əliyevin sözlərinə görə, üç mərhələdə həyata keçiriləcək layihə daşıma, yükləmə, göndərilmənin intellektual idarə edilməsi sisteminin yaradılmasını nəzərdə tutur.

"Yeni logistik mərkəzin inşası ayrılmış 400 hektar ərazinin 100 hektarında nəzərdə tutulub. İlk mərhələdə logistik mərkəzin 100 min konteyneri saxlamağa imkan verəcək xüsusi anbarların yaradılacağı 50 hektar ərazidə yerləşməsi planlaşdırılır", - Əliyev bildirib.

Ələt qəsəbəsində inşa ediləcək beynəlxalq dəniz limanının inşası üç mərhələdə həyata keçiriləcək və 2015-ci ildə başa çatdırılacaq. Layihənin birinci mərhələsində konteynerlərin, "ro-ro" tipli gəmilərin və adi (universal) quru yüklərin qəbulu üçün iki bərə, üç yük körpüsünün inşası nəzərdə tutulur. İkinci mərhələdə daha üç yük körpüsünün inşası nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti