Azərbaycan, Bakı, 9 mart /Trend/
Azərbaycanın Nəqliyyat Nazirliyi Bakı şəhərinin Ələt qəsəbəsindəki yeni liman kompleksinin tikintisi çərçivəsində dibdərinlətmə işləri üzrə tikinti nəzarəti xidmətlərinin əldə olunması istiqamətində tender elan edib.
Tender bir lotda elan edilib. Dibdərinlətmə işləri liman kompleksinin akvatoriyasında aparılacaq.
Tender təklifləri 27 aprel saat 16:00-dək aşağıdakı ünvana təqdim olunmalıdır: Bakı şəhəri, AZ1122, Tbilisi prospekti, 1054. Tender təkliflərini açılışı elə həmin gün keçiriləcək.
Maraqlananlar aşağıdakı əlaqə telefonuna müraciət edə bilərlər:
tel. ( faks):(+99412) 430 99 62.