...

Azərbaycanın sığorta şirkəti nizamnamə kapitalını 1,5 dəfə artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2011 15:30 (UTC +04:00)
Azərbaycanın sığorta şirkəti "PAŞA Sığorta" nizamnamə kapitalını indiki 20 milyon manatdan 30 milyon manatadək artırmaq niyyətindədir.
Azərbaycanın sığorta şirkəti nizamnamə kapitalını 1,5 dəfə artırır

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın sığorta şirkəti "PAŞA Sığorta" nizamnamə kapitalını indiki 20 milyon manatdan 30 milyon manatadək artırmaq niyyətindədir. Bu barədə şirkətin idarə heyətinin sədri Nofəl Rzayev cümə günü rəsmi mətbuatda dərc edilən müsahibəsində bildirib.

"Nizamnamə kapitalı 2010-cu ildə qazanılan gəlirlər, eləcə də səhmdarların əlavə vəsaitləri hesabına artırılacaq", - Razayev qeyd edib.

Onun sözlərinə görə, nizamnamə kapitalının artırılması şirkətin strateji inkişaf planı, eləcə də sığorta şirkətlərinin kapitallaşdırılması dövlət siyasəti çərçivəsində həyata keçirilir.

"Nizamnamə kapitalının artırılması maddi-texniki bazanın yaxşılaşdırılması, eləcə də risklərin qorunması məqsədilə şirkətin gücünün artırılmasına şərait yaradır. Şirkət nizamnamə kapitalının artırılmasını qərbin müasir məhsullarının cəlb edilməsi üçün imkan kimi qiymətləndirir", - Rzayev qeyd edib.

Bundan əvvəl Rzayevin dediyinə görə, şirkət kapitallaşmasının ciddi artırılması hesabına regionda reallaşdırılacaq sığorta biznesi modeli qurmaq fikrindədir.

Onun sözlərinə görə, nizamnamə kapitalının planlaşdırılan həcmi və öz kapitalı ilə "PAŞA Sığorta" təkcə Azərbaycan miqysanda deyil, həm də ölkə xaricində müəyyən işlərə iddialı ola bilər.

"Biz maliyyə gücümümüzü Rusiya və Qazaxıstanın aparıcı sığorta şirkətlərinin gücü ilə müqayisə edə bilərik", - Rzayev qeyd edib.

Rzayev həmçinin deyib ki, maliyyə bazasının möhkəmləndirilməsi sığorta şirkətinə maddi-texniki bazanı gücləndirməyə və müştərilərə daha yaxşı xidmət etməyə, peşəkar kadrların artımı hesabına öz daxili potensialını gücləndirməyə, şirkət tərəfindən qəbul edilən təkrarsığorta həcmlərini artırmağa və investisiya fəaliyyətini yaxşılaşdırmağa imkan verir.

Hazırda "PAŞA Sığorta" kapitallaşdırma həcminə görə "Xalq Sığorta"dan (21 milyon manat) sonra Azərbaycanın ikinci sığorta şirkətidir. Maliyyə Nazirliyinin sığortaçıların kapitalına minimal tələbi 2011-ci il yanvarın 1-nə 3 milyon manat təşkil edir.

"Paşa Sığorta" "Paşa Holdinq" qrupunun üzvüdür və sığortanın 31 növü üzrə korporativ və fərdi müştərilərə xidmət göstərir.

2007-ci ildən "Paşa Sığorta" Böyük Britaniyanın "Moody International" agentliyi tərəfindən sığorta məhsullarının ISO 9001:2000 keyfiyyət idarəetmə standartlarına və xidmətlərinə uyğunluq səviyyəsinə görə sertifikatla təltif olunub. 2009-cu ildən etibarən "Paşa Sığorta" BMT-nin insan hüquqlarının, ətraf mühitin müdafiəsi və korrupsiyanın qarşısının alınması üzrə Qlobal Müqaviləsinin (UN Global Compact Initiative) iştirakçısıdır.

Xəbər lenti

Xəbər lenti