Azərbaycan, Bakı, 12 mart/Trend/
Azərbaycanda bir sıra ərzaq məhsullarının qiymətləri ucuzlaşıb. Bu barədə iqtisadi inkişaf nazirliyi məlumat verib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədilə monitorinq və araşdırmalarını davam etdirir.
Son günlər aparılan monitorinqlər zamanı duru yağların 5-6%, şəkərin 4%-dək, şəkər tozunun 5-6%, yumurtanın 50%-dək, toyuq ətinin 15%-dək, süd məhsullarının isə 2-4% ucuzlaşması qeydə alınmışdır. Bundan başqa, kartofun 15%-dək, soğanın 10%-dək, sitrus meyvələrinin isə 15-20% ucuzlaşması müşahidə edilmişdir.
Monitorinq və araşdırmalar davam etdirilir.
Azərbaycanda bir sıra ərzaq məhsullarının qiymətləri ucuzlaşıb
Azərbaycanda bir sıra ərzaq məhsullarının qiymətləri ucuzlaşıb.