...

Yevlax rayonunda prioritet sahələrin maliyyələşdirilməsi üçün investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2011 16:58 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondunun martın 11-də Yevlax rayonunda keçirdiyi tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.
Yevlax rayonunda prioritet sahələrin maliyyələşdirilməsi üçün investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun martın 11-də Yevlax rayonunda keçirdiyi "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Bu barədə çərşənbə axşamı nazirliyin məlumatında deyilir.

Tədbirdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Yevlax rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- gündəlik istehsal gücü 10 ton olan müasir çörək zavodunun tikilməsi;

- illik istehsal gücü 2 min ton olan müasir ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması;

- faraş tərəvəz məhsullarının yetişdirilməsi üçün müasir istixana kompleksinin yaradılması.

"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün: Sahibkarlığa Kömək Milli Fondu

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti