...

Azərbaycan bankı "RoyalBank" nizamnamə kapitalını 9 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2011 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycan bankı "RoyalBank"ın ümumi məbləği 2 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin cümə günü yaydığı məlumatda deyilir.

Emissiyaya hər birini nomianl dəyəri 0,2 manat olan 10 milyon səhm daxildir.

Bankın nziamnamə kapitalı 22,14 milyon manat təşkil edir. Yeni emissiyalar yerləşdirildikdən sonra isə nizamnamə kapitalı 24,14 milyon manata çatdırılacaq.

"RoyalBank" Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır, Bakıda və ölkənin regionlarında 32 filiala malikdir. "RoyalBank" 1993-cü il avqustun 2-də "OZ Bank" birgə kommersiya bankı kimi təsis olunub.

Martın 18-nə olan rəsmi məznnə 0,7932 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti