...

"ABB-Gürcüstan" əməliyyatların əhəmiyyətli dərəcədə genişlənəcəyini gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2011 16:44 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə strukturu "ABB-Gürcüstan"ın gəlirli aktivləri 2009-cu illə müqayisədə 2010-cu ildə 35 faiz artıb.
"ABB-Gürcüstan" əməliyyatların əhəmiyyətli dərəcədə genişlənəcəyini gözləyir

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə strukturu "ABB-Gürcüstan"ın gəlirli aktivləri 2009-cu illə müqayisədə 2010-cu ildə 35 faiz artıb. Trend-in məlumatına görə, bu barədə ABB-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumata görə, bankın gəlirləri və mənfəəti rezervləşdirməyə qədər müvafiq olaraq 104 və 87 faiz artıb. Xalis mənfəəti 233,158 min dollar təşkil edib, fiziki şəxslərin depozitləri isə 8,3 milyon dollar artıb.

"2006-cı ildə başlayan dünya iqtisadi böhranı tədricən artaraq son illər bir çox ölkələri cənginə aldı. Və bu illərdə dünyadakı maliyyə, investisiya və sənaye korporasiyalarının əksəriyyəti üçün son yarım əsr ərzində ən ağır illər oldu. Yuxarıda göstərilən hadisələr fonunda, eləcə də maliyyə bazarında getdikcə artan rəqabət şəraitində ABB və onun xaricdəki törəmə strukturları daha çox səy göstərərək artım templərini artırırlar", - məlumatda deyilir.

ABB mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin dediyi kimi, 100 faizli xarici kapitalla Gürcüstanın rezident bankı - 2006-cı ildə yaradılan "ABB-Gürcüstan" bank xidmətləri standartlarının müasir, universal sistemini yarada bilib.

"Bank korporativ, fərdi müştərilər üçün məhsul və xidmətlərin geniş seçimini təklif edir. 2007-ci illə müqayisədə bankın korporativ müştəriklərinin və fiziki şəxslərinin sayı müvafiq olaraq 4 və 10 dəfə artıb. Bank kreditlərə tələbat çərçivəsində müştəri bazasını xeyli genişləndirməyi planlaşdırır", - Ağayev bildirib.

Onun sözlərinə görə, struktur onları müxtəlif sosial qruplara uyğunlaşdırmağı planlaşdıraraq depozitlərin və kredit xətlərinin dərəcələrə ayrılması tendensiyasını dəstəkləyir.

"ABB-Gürcüstan" hazırda Gürcüstanın bank sektorunda fəaliyyət göstərən xarici banklar arasında aparıcı mövqelərdən birini tutur", - bankdan deyiblər.

"ABB-Gürcüstan" ötən ilin oktyabrından VISA International bank kartlarının emissiyasına başlayıb. Struktur gələcəkdə Visa Platinum və Visa Infinite kimi mükafat kart tiplərinin hesabına təklifləri genişləndirmək fikrindədir", - Ağayev deyib.

"ABB-Gürcüstan" SC Tbilisi Banklararası Fond Birjasının, Gürcüstan Banklar Assosiasiyasının üzvü, eləcə də "Birləşmiş klirinq-mərkəz" SC-nin həmtəsisçisidir. Bank Banking Association for Central and Eastern Europe-ın (Mərkəzi və Şərqi Avropa ölkələrinin Bank Assosiasiyası) üzvlüyünə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti