...

Azərbaycan İpoteka Fondu istiqrazların növbəti hissəsinin yerləşdirilməsini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2011 15:24 (UTC +04:00)
Aprelin 18-də ölkənin Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat həcmində faizli, sənədsiz, təmin olunmuş, adlı istiqrazlarının növbəti hissəinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Azərbaycan İpoteka Fondu istiqrazların növbəti hissəsinin yerləşdirilməsini elan edib

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Aprelin 18-də ölkənin Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat həcmində faizli, sənədsiz, təmin olunmuş, adlı istiqrazlarının növbəti hissəinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Trend-in məlumatına görə, bu barədə AİF-in cümə günü yaydığı məlumatında deyilir.

Məlumata görə, yerləşdirmə kütləvi təklif üsulu ilə keçiriləcək. İstiqrazlar hərraca 100,7583 dəyərlə çıxarılacaq.

İstiqrazların ödənmə tarixi 11 dekabr 2017-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.

Yerləşdirmə hər birinin nominal dəyəri 1000 manat olan 60 milyon manat həcmində qeydiyyata alınan faizli, sənədsiz, təmin olunmuş, adlı istiqrazların üçüncü emissiyasından aparılır. İstiqrazların gəlirliliyi üç faiz təşkil edir. Bu emissiyanın yerləşdirilməsinə yanvarın 17-dən başlanıb və bu günədək 16 milyon manatlıq istiqraz satılıb.

Aprelin 15-nə olan rəsmi məzənnə 0,7927 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti