...

Azərbaycanın Böyük Britaniyadaki səfiri iş adamları ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2011 22:54 (UTC +04:00)
Aprelin 19-da Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov mənzil-qərargahı London şəhərində yerləşən Mərkəzi Asiya və Cənubi Qafqaz Assosiasiyasında (Central Asia and Southern Caucasus Association - CASCA) Azərbaycana maraq göstərən Böyük Britaniya iş adamları ilə işgüzar görüş keçirib. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Azərbaycanın Böyük Britaniyadaki səfiri iş adamları ilə görüşüb

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Əsgərov/

Aprelin 19-da Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov mənzil-qərargahı London şəhərində yerləşən Mərkəzi Asiya və Cənubi Qafqaz Assosiasiyasında (Central Asia and Southern Caucasus Association - CASCA) Azərbaycana maraq göstərən Böyük Britaniya iş adamları ilə işgüzar görüş keçirib. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Səfir iş adamları qarşısında çıxış edərək, ölkəmizin yenidən müstəqillik əldə etdikdən sonra keçdiyi inkişaf yolu və bu sahədə əldə olunmuş nailiyyətlər, Azərbaycandakı işgüzar mühit və onun təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti tərəfindən həyata keçirilmiş iqtisadi islahatlar haqqında ətraflı məlumat verib.

O, Azərbaycanın Böyük Britaniya ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsinə mühüm önəm verdiyini qeyd edərək, iki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı durumu və onun daha da inkişaf etdirilməsi perspektivləri haqqında danışıb.

Qurbanov tədbirdə iştirak edən şirkətlərin ölkəyə olan marağını alqışlayıb və onları Azərbaycanda özlərinə biznes tərəfdaşları tapmağa dəvət edib.

Böyük Britaniya iş adamlarına yaxın zamanda Londonda və Bakıda keçiriləcək, Azərbaycanın iqtisadi imkanlara dair tədbirlər haqqında məlumat verilib.

Görüş zamanı Azərbaycandakı işgüzar mühit və iqtisadi imkanlara dair məlumat kitabçaları paylanıb.

Xəbər lenti

Xəbər lenti