...

I rübdə Azərbaycanın dövlət büdcəsinə dövlət əmlakının özəlləşdirilməsindən 36,6 milyon manat vəsait ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2011 19:54 (UTC +04:00)
011 -ci ilin birinci rübündə Azərbaycanın dövlət büdcəsinə dövlət əmlakının özəlləşdirilməsindən 36,6 milyon manat vəsait daxil olub.
I rübdə Azərbaycanın dövlət büdcəsinə dövlət əmlakının özəlləşdirilməsindən 36,6 milyon manat vəsait ödənilib

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir A.Axundov/

2011-ci ilin birinci rübündə Azərbaycanın dövlət büdcəsinə dövlət əmlakının özəlləşdirilməsindən ümumilikdə 36,6 milyon manata yaxın vəsait ödənilib. Trend-in məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin cümə günü yaydığı məlumatda deyilir.

Məlumata görə, Dövlət Komitəsində 2011-ci ilin birinci rübündə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair keçirilən kollegiya iclasında bildirilib ki, dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət edilməsi məqsədilə monitorinqlər keçirilib və 100-ə yaxın müəssisə və obyektdə zəbtolunma, qanunsuz tikili, yenidənqurma və quraşdırma işlərinin aparılması halları aşkar edilib. Belə halların qarşısının alınması məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb.

2011-ci ilin birinci rübündə 30-a yaxın müəssisə və obyektdə dövlət əmlakının mövcudluğu, qorunub saxlanması və ondan səmərəli istifadə olunması, habelə dövlət büdcəsinə dividendlərin hesablanması və ödənilməsi vəziyyəti araşdırılıb.

Nizamnamə kapitalında dövlətin payı olan 218 səhmdar cəmiyyətindən və idarəetmədə olan 88 dövlət müəssisəsindən balans hesabatları qəbul edilib. Dövlət müəssisəsi və təşkilatından 5380 xüsusi hesabatın alınması təmin edilib.

2011-ci ilin birinci rübündə respublika üzrə 28 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Hesabat müddətində 26 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb.

Dövlət mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazasının yaradılması istiqamətində tədbirlər görülüb.

Məlumata görə, ictimai məlumatlandırma və maarifləndirmə işinin daha da gücləndirilməsi sahəsində də tədbirlər həyata keçirilib. Komitənin 193 və 148 nömrəli qaynar xətlərinin fəaliyyəti təkmilləşdirilib. Rüb ərzində qaynar xətlərə 800-ə yaxın müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəti sorğu xarakterli olub. Eyni zamanda, şikayət xarakterli müraciətlər operativ qaydada araşdırılıb və həll edilib. 2011-ci ilin birinci rübündə komitənin rəsmi internet səhifəsi vasitəsilə vətəndaşlardan 200-ə yaxın müraciət daxil olub.

İclasın yekunları ilə bağlı Dövlət Komitəsinin sədri Kərəm Həsənov bir sıra tapşırıqlar verib.

Aprelin 22-nə olan rəsmi məzənnə 0,7917 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti