...

I rübdə Azərbaycanda 27,6 ton ərzaq məhsulları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2011 20:22 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 27,6 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.
I rübdə Azərbaycanda 27,6 ton ərzaq məhsulları məhv edilib

Azərbaycan, Bakı, 22 aprel /Trend/

2011-ci ilin I rübü ərzində Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 27,6 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.

Trend-in məlumatına görə, bu barədə cümə günü Masallı rayonunda "İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər" mövzusunda keçirilmiş konfransda Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib.

Onun sözlərinə görə, bu dövrdə qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri barəsində Dövlət Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ümumilikdə 338 qərar qəbul olunub və inzibati xətaya yol vermiş şəxslər 381 min manat cərimə edilib. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə 19 təsərrüfat subyektinə 98,9 min manat maliyyə sanksiyası tətbiq edilib.

Aprelin 22-nə olan rəsmi məzənnə 0,7917 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti