...

Azərbaycan və BƏƏ gömrük sahəsində əməkdaşlıq barədə saziş imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2011 13:38 (UTC +04:00)
Çərşənbə axşamı Bakıda Azərbaycan və BƏƏ gömrük orqanları arasında gömrük sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq sahəsində saziş imzalanıb.
Azərbaycan və BƏƏ gömrük sahəsində əməkdaşlıq barədə saziş imzalayıb

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Axundov/

Çərşənbə axşamı Bakıda Azərbaycan və BƏƏ gömrük orqanları arasında gömrük sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq sahəsində saziş imzalanıb.

Trend-in məlumatına görə, sazişi Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) rəhbəri Aydın Əliyev və BƏƏ-nin Federal Gömrük İdarəsinin baş direktoru Xalid Əli əl-Bostani imzalayıb.

Sənədin imzalanması Azərbaycanla BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın üçüncü iclası çərçivəsində baş tutub.

Bir qədər əvvəl Əliyevin dediyi kimi, Azərbaycan və BƏƏ-nin əməkdaşlıq etmələri üçün bir çox sahələr var.

"Qarşılıqlı maraqların əsas sahəsi gömrük qiymətləndirməsi məsələsidir. Biz ildən-ilə malların qiymətləndirilməsi prinsiplərini təkmilləşdiririk. BƏƏ-dən Azərbayacana gətirilən bir çox mallar üçüncü ölkədə istehsal olunur", - Əliyev bildirib.

Onun sözlərinə görə, qiymətli metalların qaçaqmalçılığı halları müşahidə olunur.

"Son vaxtlar BƏƏ-dən bahalı mobil telefonların gətirilməsi populyarlaşıb. Ona görə də bizim qarşılıqlı əməkdaşlıq etməyimiz üçün bir çox ümumi sahələr var", - Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti