...

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın dəmir yollarına külli miqdarda ziyan dəyib - Nəqliyyat Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2011 17:20 (UTC +04:00)
Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan dəmir yollarının 240,4 km sahəsi işğal altına düşüb.
Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın dəmir yollarına külli miqdarda ziyan dəyib - Nəqliyyat Nazirliyi

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir E.İsmayılov/

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan dəmir yollarının 240,4 km sahəsi işğal altına düşüb. Trend-in məlumatına görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında yerləşdirilmiş müsahibəsində deyib.

Məmmədovun sözlərinə görə, işğal nəticəsində Azərbaycanın dəmir yollarına 45,06 milyon dollar məbləğində ziyan dəyib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun çərşənbə günü bildirdiyinə görə, işğal nəticəsində Horadiz-Ordubad dəmir yolunun 144 km sahəsinin, Təzəkənd-Xankəndi sahəsinin 51 kilometri, eləcə də 6,3 kilometrlik Qazax-Bərxudarlı və yolun digər hissələrinin istismarı qeyri-mümkün olub.

Azərbaycan dəmir yollarının ümumi uzunluğu 2929,4 kilometr təşkil edir ki, onun da 2099,7 kilometri istismar xarakterlidir. İstismarda olan dəmir yollarının ümumi uzunluğundan 804,7 kilometr ikizolaqlı yoldur. Həmçinin, istismarda olan dəmir yollarının 1271,4 kilometri (60 faiz) elektrikləşdirilib, 1650 kilometri isə avtomatlaşdırılmış siqnal sistemi ilə təchiz olunub.

Xəbər lenti

Xəbər lenti