...

Azərbaycanda "Vergilər" mövzusunda beşinci ümumrespublika olimpiadası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2011 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Vergilər Nazirliyi cümə günü ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Vergilər" mövzusunda beşinci ümumrespublika olimpiadasını keçirib.

"Azərbaycanda vergi xidmətinin yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və bu gün ölkədə beynəlxalq standartlara cavab verən vergi sistemi formalaşıb", - Trend-in məlumatına görə, olimpiadanın açılış mərasimində vergilər nazirinin müavini Sahib Ələkbərov demişdi.

Onun sözlərinə görə, olimpiadanın yekunları üzrə yüksək nəticələr göstərən tələbələr vergi orqanlarında işə qəbul zamanı müəyyən üstünlüklər əldə edəcəklər.

Ələkbərovun dediyinə görə, bundan əvvəlki olimpiadaların qalibləri işə qəbul üzrə imtahanı uğurla veriblər və artıq nazirlikdə işləyirlər.

Bu gün VN-də 2100 nəfər yaxın şəxs çalışır. Mayın sonlarında daha 200-ə yaxın yeni kadr işə qəbul ediləcək.

Sosial-iqtisadi inkişafın yeni mərhələsini yaşayan Azərbaycan cəmiyyətində vergi mədəniyyətinin artırılması məqsədilə keçirilən olimpiada vergi xidməti üçün potensial kadrların hazırlanması məqsədi daşıyır.

Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən olimpiadada Bakı, Gəncə, Sumqayıt və Naxçıvanın altı dövlət və beş özəl ali mətkəbinin tələbə və magistrantları iştirak ediblər.

Olimpiada test formatında təşkil olunub və iştirakçılar iki saat ərzində nazirlik yanındakı Tədris Mərkəzinin müvafiq test bazasından götürülmüş suallara cavab veriblər. Nəticələr xüsusi kompyuter proqramları vasitəsilə ali məktəblərin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Xəbər lenti

Xəbər lenti