...

Azərbaycan və Polşa beynəlxalq nəqliyyat münasibətləri sahəsində məsələləri müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2011 16:08 (UTC +04:00)
Azərbaycan və Polşanın nəqliyyat sektorlarının nümayəndələri may 11-12-də Varşavada beynəlxalq avtomobil əlaqələri barədə müzakirələr keçirəcəklər.
Azərbaycan və Polşa beynəlxalq nəqliyyat münasibətləri sahəsində məsələləri müzakirə edəcəklər

Azərbaycan, Bakı, 6 may /Trend/

Azərbaycan və Polşanın nəqliyyat sektorlarının nümayəndələri may 11-12-də Varşavada beynəlxalq avtomobil əlaqələri barədə müzakirələr keçirəcəklər. Tədbir "Azərbaycan Respublikası hökuməti və Polşa Respublikası hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında saziş" layihəsinə dair dəyişikliklərin müzakirəsi məqsədilə təşkil olunub. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyinə görə, Polşanın İnfrastruktur Nazirliyinin mütəxəssislərinin də iştirak edəcəyi görüşdə Nəqliyyat Nazirliyini Nəqliyyatda əlaqələndirmə və lisenziyalaşdırma şöbəsinin və Nəqliyyatda əlaqələndirmə sektorunun nümayəndələri təmsil edəcəklər.

Xəbər lenti

Xəbər lenti