...

ARDDA-nın nümayəndə heyəti IMO-nun sessiyasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2011 10:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının (IMO) Dəniz Təhlükəsizliyi Komitəsinin mayın 11-20-də Londonda keçiriləcək 89-cu sessiyasında iştirak edəcək. Bu barədə Trend-ə çərşənbə axşamı ARDDA-dan bildirilib.

Dünya dəniz dövlətlərinin təmsil olunduqları sessiya zamanı yeni gəmilərin inşa edilməsinə dair standartların müəyyən edilməsi, dəniz ətraf mühitinin qorunması, dənizdə təhlükəsizliyin təmin olunması, həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, IMO üzvü olan dövlətlərdə təşkilat tərəfindən qəbul edilmiş standartlarının tətbiqinin və nəzarət mexanizminin gücləndirilməsi, təhlükəli yüklərin və konteynerlərin daşınması, dənizçilərin hazırlanması və növbə çəkməsi ilə əlaqədar məsələlərin müzakirəsi nəzərdə tutulub.

Eyni zamanda, sessiya zamanı IMO-ya üzv dövlətlər tərəfindən Dövlət Bayraq və Liman Nəzarətinin həyata keçirilməsi vəziyyəti, dəniz dövlətlərində Uzaq məsafədən tanıma və izləmə sistemlərinin inteqrasiyası və təsnifat cəmiyyətlərinin fəaliyyətlərinə nəzarət mexanizminin gücləndirilməsi metodları müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti