Azərbaycan, Bakı, 17 may /Trend/
Azərbaycan bankı "Kapital Bank" öz saytında "Bill Pay" - yeni onlayn ödəniş xidmətini istifadəyə verib. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Bu xidmət vasitəsilə bankın plastik kart sahibləri olan müştəriləri kommunal, eləcə də mobil və stasionar telefon, internet-provayder, kabel televiziyası və s. xidmətləri onlayn rejimində ödəmək imkanı qazanırlar.
"Bill Pay" sisteminə daxil olmaq və aylıq ödənişlər üzrə əməliyyatlar aparmaq prosesi olduqca sadə və sürətlidir.
"Golden Pay" sistemi "Master Card" və "Visa" beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik lisenziyalarına malikdir ki, bu da əməliyyatların tam təhlükəsizliyinə zəmanət verir.