Azərbaycan, Bakı, 19 may /Trend/
Mayın 23-dən etibarən Bakı Fond Birjasında (BVF) "Amrahbank" ASC-nin ümumi məbləği 319,1 min manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsi başlayacaq. Trend-in məlumatına görə, bu barədə BFB-nin cümə axşamı yaydığı məlumatda deyilir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 3191 səhm buraxılıb.
Səhmlərin yerləşdirilməsinin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edəcək.
Bankın səhmlərinin 49 faizi Bəhreyndə yerləşən Beynəlxalq İnvestisiya Şirkətinə məxsusdur.
Hazırda "Amrahbank" Azərbaycanın birinci (1993-cü ildə yaradılıb) və aparıcı kommersiya banklarından biridir. Bankın nizamnamə kapitalı 13,7 milyon manatı ötür.
Mayın 19-na olan rəsmi məzənnə 0,7903 AZN/USD təşkil edir.