...

Azərbaycanın Risk Peşəkarları Assosiasiyası IFC ilə saziş imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2011 11:39 (UTC +04:00)
Azərbaycanın Risk Peşəkarları Assosiasiyası (ARPA) Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə saziş imzalayıb.
Azərbaycanın Risk Peşəkarları Assosiasiyası IFC ilə saziş imzalayıb

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Risk Peşəkarları Assosiasiyası (ARPA) Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə saziş imzalayıb. Həmin saziş çərçivəsində iki məhsul hazırlanacaq. Bu barədə şənbə günü Trend-ə assosiasiyanın rəhbəri Rüfət Mahmud məlumat verib.

"IFC ilə imzalanan saziş çərçivəsində iki məhsul - risk-menecmentin metodologiyası və risk-menecment üzrə portal işlənib hazırlanacaq", - Mahmud bildirib.

Onun sözlərinə görə, birinci məhsul ARPA mütəxəssislərinin təhsil almalarını və IFC metodologiyasını mənimsəmələrini nəzərdə tutur. Bu layihə başa çatdıqdan sonra assosiasiya bazarda IFC məhsullarını təqdim edəcək.

"IFC, həmçinin risk-menecment üzrə portalın yaradılmasına kömək edəcək. Orada beynəlxalq standartlar, yerli qanunvericilik, risk-menecment sahəsində ədəbiyyat və analitik məlumatlar yerləşdiriləcək", - Mahmud bildirib.

ARPA-nın yaradılmasında məqsəd ölkənin maliyyə sektorunda risklərin azaldılmasına kömək etməkdir. Assosiasiya ölkənin Mərkəzi Bankı, Risk-Menecment Peşəkarları Qlobal Assosiasiysı (GARP) və IFC ilə əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti