...

AYİB "DəmirBank"a 3 milyon dollar məbləğində kredit verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2011 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend/

"DəmirBank" və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 3 milyon ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsi barədə növbəti kredit müqaviləsini imzalayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "DəmirBank"dan məlumat verilib.

Beş il müddətinə imzalanan kredit müqaviləsinə əsasən, tərəflər Azərbaycanda orta həcmli sahibkarlığın birgə maliyyələşdirilməsini həyata keçirə biləcəklər. Bu müqavilə üzrə AYİB hər bir layihənin 50 faizədək dəyərində birbaşa maliyyələşdirməni həyata keçirir.

"DəmirBank" 1998-ci ildən Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edir və Azərbaycanda bu nüfuzlu təşkilatdan maliyyə vəsaitlərini cəlb edən ilk banklardan biridir. "DəmirBank" və AYİB arasında bağlanan saziş bu növ razılaşma üzrə ikincidir, ümumilikdə isə tərəflər arasında müxtəlif maliyyələşdirmə növləri üzrə doqquz müqavilə bağlanılıb", - bankın idarə heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

"DəmirBank" kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

Xəbər lenti

Xəbər lenti