...

Azərbaycanın vergi orqanları torpaq icarəsinə görə borcların ödənilməsinə nəzarəti gücləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2011 19:11 (UTC +04:00)
2011-ci ilin birinci rübü ərzində Azərbaycan Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri üzrə torpaq icarə haqları üzrə daxilolmaların vəziyyəti təhlil edilərək, dövlət mülkiyyətində olan torpaqların icarə haqqından borcu qalan ödəyicilərə xəbərdarlıq məktubları göndərilib və borcların ödənilməsi tələb edilib.
Azərbaycanın vergi orqanları torpaq icarəsinə görə borcların ödənilməsinə nəzarəti gücləndirib

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin birinci rübü ərzində Azərbaycan Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri üzrə torpaq icarə haqları üzrə daxilolmaların vəziyyəti təhlil edilərək, dövlət mülkiyyətində olan torpaqların icarə haqqından borcu qalan ödəyicilərə xəbərdarlıq məktubları göndərilib və borcların ödənilməsi tələb edilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin məlumatında deyilir.

Təkcə aprel-may aylarında 210 ödəyici tərəfindən 600 min manat vəsaitin büdcəyə səfərbər olunması təmin edilib ki, bu da cari ilin 1-ci rübündə dövlət büdcəsinə ödənilmiş torpaq icarə haqqı məbləğindən 100 min manat çoxdur.

18 may 2011-ci il tarixinə torpaq icarə haqqı üzrə 288 ödəyicinin ümumilikdə 1,1 milyon manat borc məbləği ləğv edilib. Dövlət torpaq icarəsi haqqından ümumilikdə 700 min manat məbləğində borcunu ödəməyən 57 ödəyici barəsində qaldırılmış iddialar məhkəmə icraatına qəbul edilib.

Mayın 23-nə olan rəsmi məzənnə 0,79 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti