...

"AtaBank" ASC beynəlxalq reytinq almağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2011 09:47 (UTC +04:00)
"AtaBank" ASC korporativ standartların tətbiqini təkmiləşdirmək və bankın daha da dinamik inkişafını təmin etmək məqsədi ilə cari ilin sonuna qədər beynəlxalq kredit reytinqinin alınmasını planlaşdırır
"AtaBank" ASC  beynəlxalq reytinq almağa hazırlaşır

Azərbaycan, Bakı, 2 iyun /Trend/

"AtaBank" ASC korporativ standartların tətbiqini təkmiləşdirmək və bankın daha da dinamik inkişafını təmin etmək məqsədi ilə cari ilin sonuna qədər beynəlxalq kredit reytinqinin alınmasını planlaşdırır.

Bank kreditlər, öhdəliklər və risklər üzrə reytinq almağı nəzərdə tutub. Artıq bu məqsədlə bankın Müşahidə şurası müvafiq qərar qəbul etmiş və 3 beynəlxalq şirkətlə danışıqlara başlanılmışdır. Bunlar "Fitch Ratings", "Moody's" və "Standard & Poor's" şirkətləridir.

Reytinqin alınması bankın maliyə stabilliyinin, sağlam kredit portfelinə malik olmasının və yüksək ödəniş qabiliyyətinin göstəricisidir. Beynəlxalq kredit reytinqinin alınması "AtaBank" ASC-yə gələcəkdə daxili bazarla yanaşı, xarici bazarlardan da sərbəst vəsaitlərin cəlbinə, bununla da növbəti illərdə inkişafın davamlılığının və çoxşahəliyini təmin edilməsinə zəmin yaradır.

Məlumat üçün qeyd etmək lazımdır ki, bir qayda olaraq beynəlxalq reytinq agentlikləri tərəfindən təşkilat və şirkətlərə verilən reytinqlərin yuxarı həddi ölkə reytinqi ilə məhdudlaşır və bu gün bank bazarında cəmi bir neçə bank beynəlxalq kredit reytinqinə malikdir.

Xəbər lenti

Xəbər lenti