...

"Atəşgah" sığorta şirkəti KASKO üzrə növbəti irihəcmli ödəniş həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2011 13:41 (UTC +04:00)
Azərbaycanın ən iri sığortaçılarından biri olan "Atəşgah" SŞ may ayında KASKO sığortası üzrə növbəti iri sığorta ödənişini həyata keçirib. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətdən bildirilib.
"Atəşgah" sığorta şirkəti KASKO üzrə növbəti irihəcmli ödəniş həyata keçirib

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycanın ən iri sığortaçılarından biri olan "Atəşgah" SŞ may ayında KASKO sığortası üzrə növbəti iri sığorta ödənişini həyata keçirib. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətdən bildirilib.

Məbləği 54 331 manat olan sığorta ödənişi sığortalıya 16 aprel tarixində Sabunçu rayon şəhər şosesi ərazisində toqquşma zamanı zərər dəymiş Mercedes S 600 markalı avtomobil üçün 25 may tarixində verilib.

2011-ci ilin yanvar-aprel ayları ərzində "Atəşgah" SŞ Azərbaycanın lider sığorta şirkətlərinin üçlüyündə qərarlaşıb. Bu dövr ərzində Şirkətin ödənişləri 1,8 milyon manat təşkil edib ki, onların 734 min manatı avtonəqliyyat vasitələrinin KASKO sığortası üzrə ödənişlərin payına düşür.

"Atəşgah" sığorta şirkəti 1996-cı ilin sonunda təsis edilib, 1997- ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb.

Atəşgah Sığorta Qrupuna "Atəşgah" ASC SŞ, "Atəşgah Həyat" ASC SŞ və "İntermed" Tibb Klinikası daxildir. 2010-cu ilin nəticələrinə əsasən, "Atəşgah" SŞ, Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində şirkətin sığorta haqqları 14,57 milyon manat, ödənişləri isə 5,26 milyon manat təşkil edib. "Atəşgah" Sığorta Şirkəti müştərilərinə 20-dən çox sığorta xidməti təklif edir.

İyunun 3-nə rəsmi məzənnə 0,7893 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti