...

Azərbaycanda daşqınların qarşısının alınması üzrə fəaliyyət davam etdiriləcək - "Meliorasiya və su təsərrüfatı" ASC

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2011 14:11 (UTC +04:00)
Azərbaycan hökuməti Kür və Araz çaylarının daşması ilə əlaqədar ölkənin rayonlarında təbii fəalkətlərdən sonra bərpa işlərinə 60 milyon manata yaxın vəsait ayırıb. Trend-in məlumatına görə, bu barədə "Meliorasiya və su təsərrüfatı" ASC-nin rəhbəri Əhməd Əhmədzadə deyib.
Azərbaycanda daşqınların qarşısının alınması üzrə fəaliyyət davam etdiriləcək - "Meliorasiya və su təsərrüfatı" ASC

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir A.Bədəlova/

Azərbaycan hökuməti Kür və Araz çaylarının daşması ilə əlaqədar ölkənin rayonlarında təbii fəalkətlərdən sonra bərpa işlərinə 60 milyon manata yaxın vəsait ayırıb. Trend-in məlumatına görə, bu barədə "Meliorasiya və su təsərrüfatı" ASC-nin rəhbəri Əhməd Əhmədzadə deyib.

Onun sözlərinə görə, bu məbləğ yalnız torpaq bəndlərinin möhkəmləndirilməsi üzrə işlər üçün nəzərdə tutulub.

Əhmədzadənin sözlərinə görə, son on il ərzində (göstərilən hadisələrədək) yenidənqurma işləri üçün 1-1,5 milyon manat ayrılıb.

"Dövlət daşqınların qarşısının alınması üzrə işlər aparır və bu fəaliyyət ölkədəki iqtisadi və maliyyə imkanlarından asılıdır", - Əhmədzadə qeyd edib.

Onun sözlərinə görə, uzunluğu 640 kilometr olan torpaq bəndlərinin möhkəmləndirilməsi üzrə böyük miqyaslı işlər aparılır.

"Daşqınların qarşısının alınması üzrə işlər gələcəkdə də davam etdiriləcək", - Əhmədzadə əlavə edib.

Ötən il yayın əvvəlində fasiləsiz yağışların yağması nəticəsində Kür, Araz və digər çayların daşması ilə əlaqədar Azərbaycanın 40 rayonunun ərazisində güclü daşqın olub. Təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev tamamilə dağılıb, iki mini isə qəzalı vəziyyətə düşüb, 50 min hektardan çox əkin torpaqlarını və yaylaqları su basıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamenti çay axınlarının formalaşdığı yüksək dağlıq yerlərdə qarın qalınlığının ölçülməsi ilə bağlı tədqiqat aparıb. Bu işlər Böyük Qafqaz, Kiçik Qafqaz dağlarında yeddi, Naxçıvan Muxtar Respublikasında isə beş marşrut üzrə həyata keçirilib. Ekspedisiya işləri nəticəsində aydın olub ki, dağ çaylarının hövzəsində qar şəklində olan su ehtiyatları çoxillik normanı, eləcə də 2010-cu ildə qeydə alınan normanı ötür.

İyunun 6-na olan rəsmi məzənnə 0,7891 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti