...

Bakıda nəqliyyatın intellektual idarə olunması sistemi layihəsi bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2011 13:13 (UTC +04:00)
Bakı şəhərində nəqliyyatın intellektual idarə olunması sisteminin dəyəri 77 milyon dollardan 100 milyon dollaradək artıb.
Bakıda nəqliyyatın intellektual idarə olunması sistemi layihəsi bahalaşıb

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir E.İsmayılov/

Bakı şəhərində nəqliyyatın intellektual idarə olunması sisteminin dəyəri 77 milyon dollardan 100 milyon dollaradək artıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, layihənin bahalaşması onun əhatəsinin genişlənməsi, istiqamətlərinin artması ilə əlaqədardır.

"Əvvəllər sistemin iyunda istismara verilməsi planlaşdırılmışdı, lakin işlərin həcminin artması səbəbindən sistemin işə salınması bu ilin noyabrına təyin edilib. İşlərin həcminin artması həmçinin layihənin bahalaşmasına da səbəb olub", - Həsənov deyib.

Sistem çərçivəsində avtobus dayanacaqları üçün 639-a yaxın, taksilər üçün 140-a yaxın meydançanın yaradılması planlaşdırılır. Bu işlər yol polisi və intellektual sistemin hazırlanması prosesində iştirak edən Cənubi Koreya mütəxəssisləri ilə birgə aparılır.

İntellektual sistem 150-yə yaxın yeni elektron tipli işıqforun quraşdırılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti