...

Vergilər Nazirliyinin saytı 4-cü dəfə ilin ən yaxşı internet resursu olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2011 17:26 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən internet səhifələrinin "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən həyata keçirilən monitorinqinin nəticələrinə görə, Vergilər Nazirliyinin saytı 4-cü dəfə ardıcıl olaraq ilin ən yaxşı internet resursu olub.
Vergilər Nazirliyinin saytı 4-cü dəfə ilin ən yaxşı internet resursu olub

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda fəaliyyət göstərən internet səhifələrinin "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən həyata keçirilən monitorinqinin nəticələrinə görə, Vergilər Nazirliyinin saytı 4-cü dəfə ardıcıl olaraq ilin ən yaxşı internet resursu olub. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Monitorinq zamanı 60 dövlət qurumu və 15 bələdiyyənin rəsmi internet saytlarının 67 parametr üzrə kəmiyyət və keyfiyyət meyarları, eləcə də sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla informasiya açıqlığı təhlil edilib. Nəticədə Vergilər Nazirliyinin rəsmi saytı (www.taxes.gov.az) 68% göstərici ilə Hesablama Palatası (56%) və Dövlət Sosial Müdafiə Fondunun (55%) internet səhifələrini qabaqlayaraq ardıcıl olaraq 4 dəfə ilin ən yaxşı internet resursu hesab olunub.

Monitorinqin əsas məqsədi "İnformasiya əldə etmək haqqında" qanunun tələbləri baxımından dövlət qurumları tərəfindən internet resursları vasitəsilə ictimai informasiyaların açıqlanması vəziyyətini araşdırmaqdan, bu istiqamətdə hər bir struktur üzrə ayrılıqda və ümumiləşdirilmiş tövsiyələr hazırlamaqdan ibarət olub.

"Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən 2006-cı ildən başlayaraq sistemli və müntəzəm olaraq informasiya açıqlığı üzrə ictimai informasiya subyektlərinin monitorinqi həyata keçirilir.

Vergilər Nazirliyinin rəsmi internet saytı 2002-ci ildən Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. 2009-cu ildən saytın yeni versiyası istifadəyə verilib. Hazırkı versiya daha təkmilləşdirilmiş dizayn və rahat naviqasiyaya malikdir. Keçən ildən etibarən saytda naviqasiyanı daha da asanlaşdırmaq məqsədilə hələlik Azərbaycan internet məkanında yeganə olaraq 3 dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərən səsli video-bələdçi xidməti də tətbiq edilib.
İndiyə kimi bir çox müsabiqələrin qalibi olmuş sayta daxil olanların sayı da ilbəil artır. Belə ki, əgər ötən il ərzində sayta daxil olan şəxslərin sayı 2 milyon nəfərə yaxın idisə, cari ilin 5 ayı ərzində bu rəqəm 1,3 milyondan çox olub.

Xəbər lenti

Xəbər lenti