...

"Atəşgah Həyat" Mərkəzi Bankın əməkdaşlarını istehsalatda bədbəxt hadisələrdən sığortalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2011 20:52 (UTC +04:00)
"Atəşgah" Sığorta Qrupuna daxil olan "Atəşgah Həyat" Sığorta Şirkəti (SŞ) Azərbaycan Mərkəzi Bankının əməkdaşlarının istehsalatda bədbəxt hadisələrdən icbari sığortasını həyata keçirib.
"Atəşgah Həyat" Mərkəzi Bankın əməkdaşlarını istehsalatda bədbəxt hadisələrdən sığortalayıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 iyun /Trend/

"Atəşgah" Sığorta Qrupuna daxil olan "Atəşgah Həyat" Sığorta Şirkəti (SŞ) Azərbaycan Mərkəzi Bankının əməkdaşlarının istehsalatda bədbəxt hadisələrdən icbari sığortasını həyata keçirib. Bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Mərkəzi Bankın 600 nəfərə qədər əməkdaşı 2010-ci ilin dekabrından tətbiq olunan "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna uyğun olaraq sığortalanıb.

Qanun Azərbaycan Respublikasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

"Atəşgah Həyat" SŞ - 2008-ci ilin dekabrında Azərbaycanda təsis edilmiş ilk həyat sığortası şirkəti bu qanunla bağlı sığorta xidmətlərini 2010-ci ilin dekabrından təqdim etməyə başlayıb.

Şirkət həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta və sağalmaz xəstəliklərdən sığorta xidmətlərini təklif edir.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmiş, 1997-ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb. Şirkətin səhmdarları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), eləcə də kommersiya təşkilatları - ISR Holding və RAN-Eksimdir.

"Atəşgah" ASC SŞ "Atəşgah Həyat" ASC SŞ və "İntermed" Tibb Klinikası ilə birgə "Atəşgah" Sığorta Qrupuna daxildir.

2010-cu ilin nəticələrinə əsasən "Atəşgah" SŞ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdədir. Bu dövr ərzində şirkətin sığorta haqları 14,6 mln. manat, ödənişləri isə 5,3 mln. manat təşkil edib. Şirkət müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

İyunun 29-na olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti