...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2011 15:11 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0004 bənd (0,04 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 0, 78686 manat səviyyəsində müəyyən olunub.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.Xəlilova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0004 bənd (0,04 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 0, 78686 manat səviyyəsində müəyyən olunub.
ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi
20 iyun 0,7875 27 iyun 0,7871
21 iyun 0,7873 28 iyun 0,7869
22 iyun 0,7873 29 iyun 0,7869
23 iyun 0,7871 30 iyun 0,7867
24 iyun 0,7871 1 iyul 0,7867
Həftə ərzində orta 0,78726 Həftə ərzində orta 0,78686
Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0008 bənd (0,08 faiz) ucuzlaşıb. Ötən həftə orta məzənnə 0, 78606 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyunun 27-də sövdələşmə həyata keçirilməyib, ona görə də məzənnə əvvəlki səviyyədə -0,7859 AZN/USD qalıb, iyunun 28-də 0,7855 AZN/USD məzənnə ilə $11 mln., iyunun 29-da 0,7863 AZN/USD məzənnə ilə $3 mln., iyunun 30-da 0,7863 AZN/USD məzənnə ilə $4,216 mln., iyulun 1-də 0,7863 AZN/USD məzənnə ilə $0,236 mln..
ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi:
20 iyun 0,7890 27 iyun 0,7859
21 iyun 0,7890 28 iyun 0,7855
22 iyun 0,7859 29 iyun 0,7863
23 iyun 0,7859 30 iyun 0,7863
24 iyun 0,7859 1 iyul 0,7863
Həftə ərzində orta 0,78714 Həftə ərzində orta 0,78606
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti