...

Azərbaycan dövlət müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar hazırlanacaq qızıl xatirə sikkəsinin eskizləri müəyyən edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2011 11:18 (UTC +04:00)
Mərkəzi Bank (AMB) tərəfindən Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar hazırlanacaq qızıl xatirə sikkəsinin dizaynının yaradılması məqsədilə keçirilən müsabiqə yekunlaşıb.
Azərbaycan dövlət müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar hazırlanacaq qızıl xatirə sikkəsinin eskizləri müəyyən edildi

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Mərkəzi Bank (AMB) tərəfindən Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar hazırlanacaq qızıl xatirə sikkəsinin dizaynının yaradılması məqsədilə keçirilən müsabiqə yekunlaşıb.

AMB-dən şənbə günü Trend-ə verilən məlumata görə, Müsabiqə üçün təqdim olunmuş eskizlər münsiflər heyəti tərəfindən qiymətləndirilib.

İştirakçılardan "OZZO" (Orxan Qurbanov və Zeynəb Həsənlinin birgə təqdim etdiyi layihə) və Elşən Vəlicanovun hazırladıqları eskizlərin fərqli və xatirə sikkəsinin dizaynına ideya baxımından qismən uyğun olmasını nəzərə alaraq, həmin layihələrin 500 manat (hər biri üzrə) məbləğində həvəsləndirici mükafatla təltif olunması barədə qərar verilib.

Mükafatlandırma münsiflər heyəti tərəfindən Mərkəzi Bankda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti