...

Aviaşirkət Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə kompensasiya ödəyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2011 13:15 (UTC +04:00)
Azərbaycanın "Silk Way" şirkəti iyulun 5-dən 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış yük təyyarəsinin həlak olan ekipaj üzvlərinin ailələrinə kompensasiya ödəniləcəyini bəyan edib.
Aviaşirkət Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə kompensasiya ödəyəcək

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir S.Əliyev/

Azərbaycanın "Silk Way" şirkəti iyulun 5-dən 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış yük təyyarəsinin həlak olan ekipaj üzvlərinin ailələrinə kompensasiya ödəniləcəyini bəyan edib.

"Silk Way" QSC-nin prezidenti Zaur Axundov şənbə günü mətbuat konfransında bəyan edib ki, həlak olanların hər birinin ailəsinə 100 min manat kompensasiya ödəniləcək. hava gəmisində 9 ekipaj üzvü olub.

Onun sözlərinə görə, 2010-cu ildə "Silk Way" Əfqanıstana 1700 reys həyata keçirib. Son vaxtlaradək şirkət sutkada 5 reys həyata keçirib.

"Hazırda reyslərin həyata keçirilməsi araşdırılmaya qədər dayandırılıb", - Axundov deyib.

Bu gün "Silk Way" şirkətinin İL-76 4K-AZ55 təyyarəsinin Əfqanıstanda qəzaya uğrama səbəblərini araşdıran Azərbaycan komissiyası hava gəmisinin bortunda olan bütün ekipaj üzvlərinin "böyük ehtimalla" həlak olduğunu bildiriblər.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Xəbər lenti

Xəbər lenti